ABŞ-da oxumuş, institut direktoru olmuş yeni Təhsil naziri –BİOQRAFİYA

Prezident İlham Əliyev bu Azərbaycan Respublikasının yeni Təhsil nazirinin təyin edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Emin Əmrullayev Təhsil naziri təyin edilib.

Yeni təhsil Təhsil naziri Emin Əmrullayevin tərcümeyi-halnın təqdim edirik:

Emin Əmrullayev 1982-ci ildə anadan olub. 1999-2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət idarəçiliyi üzrə bakalavr təhsili alıb.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində dövlət idarəçiliyi üzrə magistr proqramını bitirib.

Bundan əlavə, Macarıstanın paytaxtı Budapeştdə magistr təhsili alıb, həmçinin bir çox beynəlxalq sertifikat proqramlarında iştirak edib.

2013-2014-cü illərdə Təhsil Nazirliyində Keyfiyyətin təminatı sektorunun müdiri, 2014-2020-ci illərdə Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifələrində çalışıb.

2020-ci ilin yanvar ayından bugünədək Təhsil İnstitutunun direktoru vəzifəsini yerinə yetirib.

Emin Əmrullayev eyni zamanda gənclər sektoruna dair beynəlxalq layihələrin idarə olunmasında böyük təcrübəyə malikdir.

Ailəlidir, 2 övladı var. (Modern.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Masallıda icra nümayəndəsi və bələdiyyə üzvü rüşvət alarkən həbs olunub –

Sonrakı məqalə

İordaniyanın Azərbaycandakı səfiri XİN-ə çağırıldı –