Vaşinqtonda Azərbaycanın öz tarixi torpaqlarının işğaldan azad olunması istiqamətində səylərinə dəstək aksiyası keçirilib.
Aksiyanın iki yüzdən çox iştirakçısı Azərbaycan və Türkiyə bayraqlarını qaldıraraq Ermənistanın işğalçılıq siyasətini pisləyiblər və erməni qoşunların Azərbaycan ərazisindən dərhal çıxarılmasına çağırıblar. (Turan)