“Rusiya vətəndaşı Gəncəyə raket zərbəsi nəticəsində vəfat edib” –Rusiya səfirliyi açıqlama verdi

Rusiyanın Azərbaycandakı səfirliyi Gəncənin atəşə tutulması nəticəsində Rusiya Federasiyası vətəndaşının öldüyünü təsdiq edib.

Azpost.info RİA-ya istinadən bildirir ki, bu barədə səfirlik məlumat yayıb.

“Bəli, biz bu informasiyanı təsdiq edirik”-deyə səfirliyin press-ataşesi Alina Zolotaryova bildirib. O bildirib ki, səfirlik mərhumun valideynləri ilə əlaqə saxlayıb, baş sağlığı verib. Bu gün dəfn olunacaq”.

Xatırladaq ki, 2007-ci il təvəlüdlü Rusiya vətəndaşı Ermənistanın Gəncəyə atdığı raket zərbəsi nəticəsində ağır yaralanıb. O, şənbə günü vəfat edib.

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir