Kiyevin meri Vitali Kliçko koronavirusa yoluxub.
Azpost.info bildirir ki, Kliçko bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.
“COVİD-19 xəstələrinin müalicə olunduğu şöbələrdə mütəmadi olurdum. Özümü qorumağa çalışırdım. İşin xüsusiyyətini nəzərə alaraq testdən keçirdim. Təəssüf ki, bu günkü test xoşagəlməz oldu” – deyə Kliçko yazıb.
Mer deyib ki, özünü yaxşı hiss edir. Amma özünütəcridə keçəcək və evdən işləyəcək.
