Prezident Ərdoğan Türkiyə vətəndaşlarını Fransa mallarını boykot etməyə çağırıb.
Azpost.info bildirir ki, o, Ankarada çıxışı zamanı bu çağırışı edib. “Fransada türk mallarını almamağa çağırış edirlər.Mən də sizə müraciət edirəm: Fransız istehsalçılarının mallarını almayın!”.
Türk lideri bildirib ki, dünya ictimaiyyəti dini əqidəsinə görə təqib edilən Fransa müsəlmanlarını müdafiə etməlidir.