Qırğızıstan parlamentinin yeni sədri seçilib.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, “Respublika Ata-Yurt” fraksiyasının nümayəndəsi Talant Mamıtov qanunverici orqanın yeni sədri seçilib.
Bu posta yeganə namizəd Talant Mamıtov olub.
Qeyd edək ki, 2021-ci il yanvarın 10-da keçiriləcək növbədənkənar prezident seçkilərində iştirakla əlaqədar parlamentin spikeri Kanat İsaev istefa verib.