Dağlıq Qarabağ nizamlanması ilə bağlı Türkiyəylə təmasdayıq-Rusiya XİN

Rusiya Dağlıq Qarabağ nizamlanması ilə bağlı Türkiyəylə təmasdadır.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Dağlıq Qarabağ nizamlanması ilə bağlı Türkiyə ilə əməkdaşlığımız müxtəlif istiqamətlərdə aparılır. Bu, həm siyasi-diplomatik təmaslar, həm də hərbçilərimiz aralarında olan təmaslardır. Sözsüz ki, əməkdaşlığın istiqamət vektoru dövlət başçılarımız tərəfindən verilir, hansılar ki, regiondakı vəziyyəti müntəzəm olaraq müzakirə edirlər”, – deyə Rusiya XİN rəsmisi vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir