Beynəlxalq Kann Kino Festivalı təxirə salınıb

Beynəlxalq Kann Film Festivalı yenidən təxirə salınıb.

2021-ci il mayın 11-dən 22-dək planlaşdırılmış Beynəlxalq Kann Film Festivalının vaxtı dəyişdirilib.

Festivalın təşkilatçıları Beynəlxalq Kann Film Festivalının cari ildə iyulun 6-dan 17-dək keçiriləcəyinə dair məlumat yayıblar. Beləliklə, film sevərlər Kann Festivalını iyul ayında izləyə biləcəklər.

Xatırladaq ki, 2020-ci ildə COVID-19 pandemiyasına görə dünyada ən nüfuzlu festival hesab olunan Kann Film Festivalı ləğv edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir