SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov hazırda Moskva ətrafında onun üçün ayrılmış hökumət bağında yaşayır.
Azpost.info bildirir ki, Rusiya hökuməti tərəfindən Rublyovkada sabiq dövlət başçısı üçün böyük iqamətgah ayrılıb.
Ərazi Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən 24 saat mühafizə olunur. Mixail Qorbaçovun aldığı təqaüdun miqadarı da kifayət qədərdir. Sabiq prezident ayda 750 min rubl (10 min dollar) pensiya alır.
Mixail Qobaçov 1985-1991-ci illərdə sabiq SSRİ-yə rəhbərlik edib. 1991-ci ildə Sovet İttifaqının süqut edib. Dövlətin dağılmasının səbəbi kimi M.Qorbaçovun uğursuz Yenidənqurma siyasəti göstərilir.
Martın 2-də Mixail Qorbaçovun 90 yaşı tamam olacaq.