Rusiya indiyə kimi Qarabağa 200 tondan çox humanitar yardım göndərib

Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) Qarabağa növbəti humanitar yardım karvanını göndərib.

 “Sputnik Armenia”nın verdiyi xəbərə görə, Rusiya FHN-in humanitar yardım karvanı bu gün İrəvan yaxınlığında yerləşən Rusiya-Ermənistan Humanitar Reaksiya Mərkəzindən Xankəndiyə yola düşüb.

Rusiya FHN-in əməkdaşı Yevgeni Qorelov jurnalistlərə açıqlamasında bildirib ki, humanitar yardım tikinti materiallarından ibarətdir: “6 yük avtomobili və onları müşayiət edən 2 avtomobil Xankəndinə çatacaq. Humanitar yardım silahlı münaqişədən əziyyət çəkən vətəndaşlar üçün nəzərdə tutulub”. Qorelov qeyd edib ki, hərbi əməliyyatlar başa çatandan indiyə kimi Qarabağa 200 tondan çox humanitar yardım göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ağdamda qazıntı zamanı insan qalıqları tapılıb –

Sonrakı məqalə

Azərbaycanda indiyədək nə qədər vətəndaş peyvəndlənib? –