“Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Ukraynanın Sankt-Peterburqdakı Baş Konsulluğunun əməkdaşının saxlanılması Rusiyanın sabitliyi pozan hərəkətləri fonunda növbəti təxribatdır”.
Bunu Ukrayna Xarci İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko deyib.
O bildirib ki, hazırda diplomat Ukrayna konsulluğundadır: “Saxlanılma halı araşdırılır. Yaxın zamanda Ukrayna tərəfi mövcud təcrübəni nəzərə alaraq bu təxribata cavab formasına qərar verəcək”.
Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti aprelin 16-da Ukraynanın Sankt-Peterburqdakı Baş konsulu Aleksandr Sosonyukun saxlanılması barəəd məlumat yayıb. Bildirilib ki, ukraynalı diplomat RF vətəndaşı olan bir şəxslə görüşüb və o, Rusiya hüquq-mühafizə orqanlarının və Federal Təhlükəsizlik Xidmətinin məlumat bazalarından götürülən məxfi məlumatı alarkən saxlanılıb.