İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) “Eurovision-2021” mahnı müsabiqəsində Azərbaycandan olan səsverməni elan edəcək şəxslərin adlarını açıqlayıb.
İTV-nin mətbuat katibi Aynurə Asimqızınının APA-ya verdiyi məlumata görə, məşhur mahnı müsabiqəsində iştirakçılara ölkəmizdən münsiflər tərəfindən veriləcək səsləri 10 il öncə, 2011-ci ildə 221 xalla birinci olaraq “Eurovision”u Azərbaycana gətirən Eldar Qasımov və Nigar Camal elan edəcək.