Baydenin müşaviri prezident İlham Əliyevə və Nikol Paşinyana zəng edib –Sərhədi demarkasiya etməyə çağırıb

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan mayın 17-də ayrıca olaraq Ermənistanın baş naziri Nikol Paşinyana və Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Ağ Evin rəsmi internet saytında dərc olunmuş məlumatda deyilir ki, Sallivan Birləşmiş Ştatların Cənubi Qafqazda sülh, təhlükəsizlik və firavanlığın yaradılmasına sadiqliyini bildirib.

Milli təhlükəsizlik müşaviri bununla yanaşı Ermənistan və Azərbaycan arasında yaranmış son gərginlikdən narahatlığını ifadə edib. O iki tərəf arasında davam edən kommunikasiyanı və hər iki liderin məsələnin sülh yolu ilə həllinə sadiqliyini alqışlayıb.

Ceyk Sallivan habelə tərəfləri rəsmi müzakirələr aparmağa və iki ölkə arasındakı beynəlxalq sərhədi demarkasiya etməyə çağırıb. Milli təhlükəsizlik müşaviri deyib ki, Birləşmiş Ştatlar regional barışığın əldə edilməsi üçün həm ikitərfəli, həm də Minsk qrupunun həmsədri kimi danışıqlara sadiqdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Eurovision-2021”-də Azərbaycanla bağlı səsverməni onlar elan edəcək –

Sonrakı məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi