Türkiyə PKK terror təşkilatının daha bir təhlükəli üzvünü məhv edib

Türkiyənin təhlükəsizlik qüvvələri xüsusi antiterror əməliyyatı nəticəsində PKK terror təşkilatına daha bir sarsıdıcı zərbə vurub.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tvitter sosial şəbəkə hesabından paylaşım edib. Məlumatda bildirilir ki, “Doktor Hüseyin” ləqəbli təhlükəli terrorçu Selman Bozkır Türkiyə Milli Təhlükəsizlik Təşkilatının (MİT) keçirdiyi xüsusi antiterror əməliyyatı nəticəsində məhv olunub.

Qeyd edək ki, PKK/KCK terror təşkilatına 1990-cı illərdə qatılan S.Bozkır terror təşkilatının Avropadakı fəaliyyətini idarə edib. Bildirilir ki, MİT tərəfindən İraqın şimalında yerləşən Mahmur terror düşərgəsinə qarşı yönəldilmiş antiterror əməliyyatında S.Bozkır ilə bərabər daha iki terrorçu məhv edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şahzadə Harri və Meqan Marklın qızı dünyaya gəlib

Sonrakı məqalə

Bu gündən Azərbaycanda “Pfizer” peyvəndinin tətbiqinə başlanılır