Şahzadə Harri və Meqan Marklın qızı dünyaya gəlib

Britaniya şahzadəsi Harri və onun xanımı Meqan Marklın 4 iyun tarixində ikinci dəfə övladları dünyaya gəlib.

TASS xəbər verir ki, Sasseks hersoqu və hersoginyası tərəfindən təsis olunmuş “Archewell” ictimai təşkilatının saytında yerləşdirilən açıqlamaya görə, uşağa Lilibet Diana adı verilib.

Taxt-tac varisliyi növbəsində səkkizinci yeri tutan qız uşağı Şahzadə Harri və Meqan Marklın bir ildən çox yaşadıqları Santa-Barbara (Kaliforniya) xəstəxanasında dünyaya gəlib. “Həm ana, həm də körpə hazırda yaxşıdırlar, artıq evdədirlər”, – məlumatda belə ​​deyilir.

Uşağa Böyük Britaniya kraliçası II Elizabetin (məhdud ailə dairəsində onu Lilibet deyə çağırırlar) və Şahzadə Harrinin anası Şahzadə Diananın (1961-1997) şərəfinə bu ad verilib.

Hazırda Şahzadə Harri və xanımı Santa-Barbara şəhərində yaşayırlar. Cütlüyün 6 may 2019-cu il təvəllüdlü Arçi adında bir oğlu da var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan millisi Moldovaya uduzub

Sonrakı məqalə

Türkiyə PKK terror təşkilatının daha bir təhlükəli üzvünü məhv edib