Zaxarova: “Ümid edirik ki, Qarabağla bağlı üçtərəfli işçi qrup yaxın vaxtlarda fəaliyyətini bərpa edəcək”

Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması Azərbaycan, Rusiya və Ermənistan daxil olmaqla regionun bütün ölkələrini maraqlandıran prioritet və vacib tapşırıqdır.

Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi brifinqində bildirib.

Rusiya XİN-in rəsmisi yuxarıda qeyd olunan məsələ barədə razılığın Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarında qeyd olunduğunu xatırladıb.

“Bu istiqamətdə işləri aparmaq üç ölkənin Baş nazirlərinin müavinlərinə tapşırılıb. Üç ölkənin mütəxəssisləri tərəfindən kommunikasiyaların bərpa olunması üçün vacib tədbirlərin görülməsi ilə bağlı ekspert analizi aparılıb. Bu, prinsipcə yaxın perspektivdə birgə infrastruktur layihələrinin mərhələli şəkildə həyata keçirilməsinə icazə verəcək. Ümid edirik ki, işçi qrup yaxın vaxtlarda öz fəaliyyətini liderlərin üçtərəfli bəyanatlarına müvafiq olaraq bərpa edəcək”, – deyə M. Zaxarova vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir