Səfir: “Şuşa bəyannaməsi Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunun bəyanıdır”

“Şuşa bəyannaməsi bir müttəfiqlikdir. Əslində Azərbaycan, Naxçıvan üçün Qars bəyannaməsi nədirsə, Şuşa bəyannaməsi də o dəyərdədir”.

Bu məlumatı Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bildirib.

O deyib ki, bu bəyannamə Qafqazın bütövlüyünün, sabitliyinin, sülhü qorumaq üçün Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunun bəyanıdır: “Bundan əlavə, bəyannamə bir tərəfdən Qafqazı, bir tərəfdən Xəzər hövzəsini təminat altına alan, buranın sabitliyini qorumaq məqsədi daşıyan bir addımdır. Buradakı sabitlik Zəfərdən sonra Qarabağın yenidənqurması və inkişafı ilə bərabər, açılacaq yollar, ən əsası da Zəngəzur yoludur. İnşallah, bunun sevincini də yaşayarıq. Naxçıvan türk qapısıdır. Türkiyənin Mərkəzi Asiya, Xəzər hövzəsi və Şərqə çıxışı təmin olunacaq. Bütün bunlara gedən yol da Şuşa bəyannaməsi ilə imza altına alınıb, Şuşa bu qədər dəyərlidir”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir