Azərbaycanda son sutkada 3551 nəfər COVID-19-a yoluxub –27 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3551 yeni yoluxma faktı qeydə alınıb, 1196 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 388 437 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 344 603 nəfər müalicə olunaraq sağalıb, 5279 nəfər vəfat edib, aktiv xəstə sayı 38 555 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 982, ötən müddət ərzində isə ümumilikdə 4 304 865 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident Təhlükəsizlik Xidmətinin bir qrup hərbi qulluqçusunu təltif etdi

Sonrakı məqalə

Avropa İttifaqı “Taliban”ı tanımaq niyyətində deyil