General-leytenant Murat Bektanov Qazaxıstanın müdafiə naziri təyin olunub.
TASS-ın verdiyi xəbərə görə, Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayev bununla bağlı fərman imzalayıb.
Qeyd edək ki, Murat Bektanov 2020-ci il aprelin 5-dən müdafiə nazirinin birinci müavini – Qazaxıstan ordusunun Baş Qərargah rəisidir.
