“Qarabağda bu qədər insan qırğınının səbəbkarı ruslardır” –Rasim Balayevdən sərt açıqlama

Son günlər Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan əsgərinə qəfil hücumunun ardı-arası kəsilmir. Bir neçə gün öncə əsgər Ruslan Şirəliyev düşmən tərəfindən yaralanaraq Dövlət Sərhəd Xidmətinin hərbi hospitalına təxliyə edilsə də, qarşı tərəf bu olayı təkzib etdi.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Rasim Balayev son hadisələri Rusiya ilə əlaqələndirib: “Prezidentimiz demiş, biz artıq onların başını əzmişik. Son baş verən hadisələr birbaşa rusların işidir. Bizim bədbəxtliçiliyimiz əvvəldən rusun üstündə qurulub. Ermənilər də yala gedən millətdirlər. Bizim Zəngəzurumuz və digər torpaqlarımızın onlara verilməsində də rusların rolu var. Onlar kim idilər ki, gəlib Qarabağı tutaydılar? Erməniləri ora tuşlayanlar, yön göstərənlər oldu. Bu qədər insanların qırğına verməyin, bütün bədbəxtliyin səbəbkarı ruslardır. Bunlar hamısı Rusiyanın siyasətidir”.

Aktyor baş verənlərdən sonra Ermənistanla sülh şəraitində yaşamağın mümkün olmadığını qeyd edib: “Bu qədər oyunlardan sonra ermənilərlə sülh şəraitində yaşamaq mümkün deyil. Bu qətiyyən mümkün deyil. Onlar vəziyyəti elə dərəcəyə gətirdilər ki, bundan sonra birgə yaşayış mümkün olmayacaq. Atalarımızın bir məsəli var: Savaşanda da gərək barışmağa üz qoyasan. Ermənilər bu üzü qoymadılar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qazaxıstanın yeni müdafiə naziri təyin olunub

Sonrakı məqalə

Nikol Paşinyan məzuniyyətə çıxdı