“Minsk Qrupunun Qarabağ nizamlanması ilə bağlı fəallaşmasını dəstəkləyirik” –Moskva yeni reallıqları şərt kimi irəli sürdü

“Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması Moskvanın diqqət mərkəzindədir. Bizim bu istiqamətdə siyasətimiz aktivdir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib.

“Bizim əsas səylərimiz üçtərəfli razılaşmaların həyata keçirilməsinə cəmləşib. Prioritetlər sırasında Qarabağda humanitar problemlərin həlli, Ermənistan-Azərbaycan sərhədində gərginliyin deeskalasiyası, Cənubi Qafqaz regionunda iqtisadi və nəqliyyat əlaqələrinin açılması var. Biz ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mövcud mandat əsasında yeni regional reallıqları adekvat şəkildə nəzərə almaqla, Qarabağ nizamlanması ilə bağlı işinin fəallaşmasını dəstəkləyirik. Hesab edirik ki, həmsədrlər Bakı ilə İrəvan arasında inamın yüksəlməsinə, eləcə də humanitar məsələlərin həllinə kömək edə bilər. Hal-hazırda yeni rusiyalı həmsədr İqor Xovayev regional səfərə çıxıb. Onun Azərbaycan rəhbərliyi ilə görüşü olub, qarşıda analoji təmasları Ermənistanda olacaq”, – deyə Rusiya XİN rəsmisi vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir