“Belmondo həyatımın bir hissəsi idi…” –Alen Delon

Parisin Sen-Jermen-de-Pre kilsəsində fransız aktyor Jan-Pol Belmondo ilə vida mərasimi keçirilib.

“RİA Novosti”nin verdiyi xəbərə görə, vida mərasiminə aktyorun dostu və tərəf müqabili, 85 yaşlı Alen Delon da qatılıb.

Mərasimdə iştirak edənlər onu alqışlarla qarşılayıblar.

Onlar rəqib kimi tanınsalar da “Borsalino”, “Yaraşıqlı ol və sus”, “İki nəfərə bir şans” kimi filmlərdə tərəf müqabili olublar. Belmondonun ölümdən tamamilə sarsıldığını bildirən Delon “Belmondosuz Delon, Delonsuz Belmondo olmazdı” deyib: “O, mənim həyatımın bir hissəsi idi, biz 60 il qabaq birlikdə başlamışdıq”.

Qeyd edək ki, Jan-Pol Belmondo sentyabrın 6-da 88 yaşında vəfat edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir