İran səfirliyi yük maşınlarının saxlanmasına reaksiya verdi-"Pul alınmasını diqqətlə izləyirik"

Tehran Gorus-Qafan yolunda İran avtomobillərindən pul alınması ilə bağlı məsələni diqqətlə izləyir”.
Azpost.info bildirir ki, bu barədə İranın Ermənistandakı səfirliyi bəyan edib.
“İran qonşu ölkələrlə, o cümlədən Ermənistanla ticarətin asanlaşdırılması ilə bağlı məsələdə ardıcıl olacaq”-deyə açıqlamada bildirilir.

Səfirliyin açıqlamasında deyilir ki, İranın qonşuları ilə münasibətləri birinci növbəlidir. Bu istiqamət prezident Rəisi hökuməti üçün əsasdır: “Tehran bütün qonşuları ilə əlaqələrini balanslı şəkildə, eyni zamanda öz prioritetlərini nəzərə almaqla genişləndirəcək. İran öz imkanlarını qonşularla birgə bölgənin inkişafı, sabitliyi üçün istifadə etməyə cəhd edir. Bundan çıxış edərək gündəlikdə əlaqələrin, o cümlədən Ermənistanla əlaqələrin inkişafı, nəqliyyat əngəllərini və problemləri həll etmək durur”-deyə açıqlamada vurulanır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir