Azərbaycanın XİN başçısı erməni əsilli vətəndaşların hüquqlarının təmin olunacağını bəyan edib

“Azərbaycanın azad edilmiş ərazilərində bərpa, yenidənqurma və reinteqrasiya işləri sürətlə gedir. Münaqişədən sonrakı yenidənqurma anlayışımız xalqımızın ehtiyaclarına və prioritetlərinə əsaslanır”.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun GUAM Xarici İşlər Nazirləri Şurasının 37-ci iclasında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, məcburi köçkünlərin ləyaqətli yaşayışı üçün lazım olan siyasi, hüquqi, iqtisadi və sosial şəraitin təmin edilməsi əsas prioritetlərdəndir: “Azərbaycan etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları ilə eyni hüquq və azadlıqları təmin edərək münaqişədən təsirlənmiş ərazilərdə yaşayan erməni əsilli vətəndaşlarını yenidən öz siyasi, sosial və iqtisadi məkanına reinteqrasiya etmək əzmindədir”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir