Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 63 462 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 542, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47 920 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 106 885, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 652 121, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 3 454 764 təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə
Sonrakı məqalə

Distant təhsil tələbi ləğv edilib