Rasim Balayev Şuşada torpağa səcdə etdi, diz çökdü –KÖVRƏK ANLAR YAŞANDI (VİDEO)

Xalq artisti Rasim Balayev düşmən tapdağından azad olunan Şuşaya gedib. Cıdır düzündə torpağı öpən sənətkar duyğulu anlar yaşayıb.

Həmin görüntülər Lalə Azərtaşın aparıcılığını etdiyi “Birinci Studiya” proqramında nümayiş olunub. Aparıcı Xalq artistinin sağlamlığı ilə bağlı problemlər yaşasa da, Şuşaya getdiyini bildirib: “Arzu edirəm ki, bütün insanların, el-obamızın arzuları həyata keçsin. Sağ olsun, bizim Ali Baş Komandanımız, əsgərlərimiz, qazilərimiz, şəhidlərimiz, ruhları şad olsun. Bu günü bizə göstərdilər. Allaha çox şükür. Çox şükür ki, arzum yerinə yetdi”, – deyə Rasim Balayev qeyd edib.

Qeyd edək ki, Rasim Balayev sonuncu dəfə 1986-cı ildə Şuşada olub. Bir müddət əvvəl isə sosial şəbəkələrdə sənətkarın ailəsi 35 il əvvəl İsa bulağında çəkilən fotosu yayılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir