Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

ABB müştərisi “Qatar Airways” biletini ala bilmədi

Orkhan Ali 10 İyun 2025 - 09:01 (Last updated: 10 İyun 2025 - 00:06)
Beynəlxalq bank

Beynəlxalq bank

Azərbaycanda bank kartlarının onlayn ödəniş zamanı qarşılaşdığı məhdudiyyətlər müştərilərin narazılığına səbəb olub. AzPost xəbər verir ki, sosial şəbəkə istifadəçisi Emili Hacıyeva ABB bank kartı ilə “Qatar Airways” rəsmi saytından aviabilet almaq istədikdə gözlənilməz problemlə üzləşib.

Vətəndaşın sözlərinə görə, bank əməliyyatı əvvəlcə balansda kifayət qədər vəsait olmadığı səbəbilə bloklayıb. Halbuki, hesabında tələb olunan məbləğ mövcud olub. Pulun miqdarını artırdıqdan sonra təkrar cəhd edən Emili Hacıyeva bu dəfə başqa problemlə qarşılaşıb. ABB sistemindən ona bildirilib ki, həmin ölkə “riskli zona” hesab olunur və bu səbəbdən əməliyyat icra edilmir.

Emili Hacıyeva bildirib ki, problemin hansı qaydalara əsaslandığını öyrənmək üçün rəsmi əsaslandırma tələb edib. Lakin bu barədə aydın və əsaslı cavab ala bilməyib. Vətəndaş xüsusilə qeyd edib ki, 4 ay öncə eyni tranzaksiya problemsiz həyata keçirilib və bu müddət ərzində hansı dəyişiklik baş verdiyi ona aydın deyil.

Məsələ ilə bağlı ABB bankının əməkdaşı şikayətçi ilə əlaqə saxlayaraq problemi dinləyib və araşdırma aparacağını bildirib. Qısa müddət sonra vətəndaşla yenidən əlaqə saxlanılıb və kartındakı ölkə məhdudiyyətinin 6 ay müddətinə deaktiv edildiyi açıqlanıb.

Qeyd edək ki, mütəxəssislər bildirir ki, bank müştərinin razılığı olmadan belə məhdudiyyətlər tətbiq etdikdə şəffaf izah təqdim etməli və yazılı əsaslandırma verməlidir. Müştərilər belə hallarda Azərbaycan Mərkəzi Bankına və ya 195 Çağrı Mərkəzinə müraciət edə bilərlər.

1
2
111
499575668_1253527746779354_3350780971620256840_n
505576898_10062299633884340_7263399493646421716_n
505795460_10062299743884329_869626385918128328_n

AzPost.az

Post navigation

Previous: Kiyev gecəni sığınacaqlarda keçirdi
Next: Pişiklə qatara minmək istədi

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

putin uitkoff
  • Dünya

Rusiya Ukrayna ilə bağlı danışıqların detallarını açmaqdan imtina edib

User 26 Oktyabr 2026 - 15:34
Rusiya Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqların detallarını ictimaiyyətə açıqlamaq niyyətində deyil. Bunu Rusiya prezidentinin mətbuat katibi...
Read more about Rusiya Ukrayna ilə bağlı danışıqların detallarını açmaqdan imtina edib
İcra məmuru üzrə müsabiqənin söhbət mərhələsinə başlanılır Bələdiyyələr
  • Sosial

İcra məmuru üzrə müsabiqənin söhbət mərhələsinə başlanılır

User 26 Oktyabr 2026 - 15:17
Qara dəniz dünyanın ən təhlükəli dənizinə çevrilib – 570 hücum, 40-dan çox ölü qara deniz
  • Dünya

Qara dəniz dünyanın ən təhlükəli dənizinə çevrilib – 570 hücum, 40-dan çox ölü

User 26 Oktyabr 2026 - 14:18
Zelenski ərazi məsələsini Putinlə müzakirə etməyə hazırdır – Şərtini açıqladı zelenski
  • Dünya

Zelenski ərazi məsələsini Putinlə müzakirə etməyə hazırdır – Şərtini açıqladı

User 26 Oktyabr 2026 - 14:08
Çörək alarkən bu 3 məqama baxın – Bu yazı sizi aldada bilər corek
  • Sosial

Çörək alarkən bu 3 məqama baxın – Bu yazı sizi aldada bilər

User 26 Oktyabr 2026 - 14:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.