Abbas Əraqçi İranın yeni xarici işlər naziri olacaq- “Tasnim”

İranın keçmiş xarici işlər nazirinin müavini Abbas Əraqçi yeni prezident Məsud Pezeşkianın hökumətində xarici siyasət idarəsinin rəhbəri olacaq.

Azpost.info xəbər verir ki, bu barədə “Tasnim” agentliyi yeni prezidentə yaxın mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Pezeşkianın siyasi məsləhətçiləri hesab edirlər ki, Əraqçi ölkənin Xarici İşlər Nazirliyinə rəhbərlik etmək üçün ən münasib namizəddir.

Əgər xüsusi heç nə baş verməsə, siyasətçinin namizədliyi baxılmaq üçün İran parlamentinə təqdim olunacaq.

Azpost.info

Əvvəlki məqalə

Bakı-İstanbul təyyarə reysi texniki səbəbdən geri qayıdıb

Sonrakı məqalə

Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verilib