ABŞ 12 ildən sonra Belarusa yeni səfir etdi –

FOTO
16 Dekabr 2020 - 11:33

ABŞ Senatı daha əvvəllər Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi olan Culiya Fişeri Minskə yeni səfir təyin edib.

Bu barədə RT xəbər yayıb.

Bildirilir ki, Fişer 2008-ci ildən bəri Belarusda ABŞ diplomatik nümayəndəliyinin ilk təmsilçisi olacaq.

Qeyd edək ki, səfir Mixail Xvostovu Vaşinqtondan geri çağıran Minskin oxşar hərəkətinə cavab olaraq 2008-ci ilin martında ABŞ öz nümayəndəsi Karen Stüartı Belarusdan geri çağırmışdı.