ABŞ-a kömək edən əfqanlar Əfqanıstandan çıxarılır

15 İyul 2021 - 08:46

ABŞ rəhbərliyi iyul ayının son həftəsində ABŞ hərbi qüvvələrinə dəstək verən Əfqanıstan vətəndaşlarının hava yolu təxliyəsinə başlayacaq.

Bu barədə TASS-a Dövlət Departamentinin nümayəndəsi bildirib.

“Xüsusi immiqrasiya vizası üçün müraciət edənlərin Əfqanıstandan uçmasına iyul ayının son həftəsində başlanılacaq”, – deyə məlumatda qeyd olunub.