ABŞ alimləri koronavirusun dərmanını tapdılar –Vaksin kütləvi istehsala hazırdır

ABŞ-ın Texas ştatında yerləşən gen mühəndisliyi şirkəti olan Greffex  koronavirusa qarşı vaksin hazırladığını bəyan edib.

Azpost.info “Houston Business Journal”a istinadən bildirir ki, şirkətin prezidenti  Con Praysın sözlərinə görə, ölümcül virusa qarşı peyvənd üzərində işi sona çatdırılıb.

Hesabatda deyilir ki, vaksin ərzağa və dərmanlara nəzarət idarəsində (FDA) heyvanlar üzərində sınaqdan çıxarılacaq.

Pryas bəyan edib ki, Greffex vaksin üçün canlı və ölü koronavirsudan deyil, müxtəlif infeksion xəstəliklərin və xərcəngin müalicəsində istifadə olunan adenovirusdan istifadə edilib.

“Vaksinin sirri ondadır ki, siz peyvənd olunarkən dozanın miqdarını təyin edərək virusa qarşı sürətli və effektiv iş apara bilərsiniz”.

ABŞ Milli Səhiyyə İnstitutu vaksin üçün ötən ilin sentyabrında 18,9 milyon dollar qrant ayırıb. C.Prays deyib ki, hökümətin razılığını aldıqdan sonra dərmanın kütləvi istifadəsinə başlayacaqlar.

Vaksinin xəstəliyin yayıldığı ölkələrə göndərilməsi planlaşdırılır.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan Konstitusiya Məhkəməsinin sədri Paşinyanı məhkəməyə verib

Sonrakı məqalə

MSK Sərdar Cəlaloğlunun müraciətinə baxdı –