ABŞ Belarusa təyyarə uçuşlarını qadağan edib

Amerika Birləşmiş Ştatları “Ryanair” hava şirkətinin təyyarəsinin məcburi qaydada Minskə endirilməsinə və müxalifət jurnalisti və onun sevgilisinin həbsinə etiraz olaraq Belarusa və Belarusdan təyyarə uçuşlarına biletlərin satışını qadağan edib.

ABŞ Nəqliyyat Nazirliyi bu barədə qərarını iyunun 29-da açıqlayıb.

Nazirlik bildirib ki, Dövlət Departamenti Birləşmiş Ştatlarla Belarus arasında hava nəqliyyatına məhdudiyyət qoyulmasının ABŞ-ın xarici siyasət maraqlarında olduğunu bəyan edib.

Sözü gedən qadağan “birləşdirici” uçuşlara da şamil edilir. Yəni söhbət Belarusdan keçən bütün tranzit səfərlər üçün biletlərin satışına qoyulan qadağandan gedir.

Bu da qeyd olunur ki, Birləşmiş Ştatların marağında olduğu ayrı-ayrı hallarda istisna şəklində belə səfərlərə icazə verilə bilər.

Humanitar və milli təhlükəsizlik məsələləri ilə bağlı hallar da bu istisnada nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanlılara işgəncə verən erməni yaraqlıları ifadə verir –

Sonrakı məqalə

“Mən “rayon-şəhər” ayrı seçkiliyi salan insanam? Dəliyəm belə söz deyim?” –