“ABŞ Çinin uyğurlara qarşı addımlarını “soyqırımı” hesab edir” –Pompeo

ABŞ rəsmiləri Çinin Sintszyan-Uyğur Muxtar Rayonunda (XUAR) uyğurlara qarşı siyasətini “soyqırımı” və “insanlığa qarşı cinayətlər” hesab edir.

TASS xəbər verir ki, ABŞ dövlət katibi Mayk Pompeo belə bir açıqlama ilə çıxış edib.

“Mövcud faktları diqqətlə araşdırdıqdan sonra nəticəyə gəldim ki, azı 2017-ci ilin martından etibarən ÇXR Sintszyanda insanlığa qarşı cinayətlər törədib. Bundan başqa, ÇXR-in orada soyqırımı həyata keçirdiyi qənaətinə gəldim”, – deyə Pompeo öz açıqlamasında bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şəhidləri yaddaşında daşıyan Şeyxülislam –

Sonrakı məqalə

Prezident İlham Əliyev 20 Yanvarla bağlı paylaşım etdi –