ABŞ-da 700 min İT mütəxəssisinə ehtiyac var- Ağ Ev bəyanat yaydı

“Kibertəhlükəsizlik sahəsində milli təhlükəsizliyi lazımi şəkildə təmin etmək üçün ABŞ-da 700 min İT mütəxəssisi çatışmır və hökumət bu çatışmazlığı ən qısa zamanda aradan qaldırmaq niyyətindədir”.

Azpost.info xəbər verir ki, bunu Ağ Evin mətbuat xidməti bildirib.

“Birləşmiş Ştatlar qəti şəkildə həll edilməli olan milli təhlükəsizlik təhdidi ilə üz-üzədir”, – bəyanatda deyilir.

Co Bayden administrasiyası məsələ ilə bağlı sammit keçirmək niyyətindədir. Sammitin əsas mövzusu kibertəhlükəsizlik ixtisasları üzrə təlimlər və yeni nəsil İT infrastrukturunun inkişafı olacaq: “İyulun 19-da keçirilməsi nəzərdə tutulan tədbirdə ticarət, əmək, daxili təhlükəsizlik nazirləri, müxtəlif dövlət qurumlarının nümayəndələri, eləcə də ən iri sənaye şirkətlərinin rəhbərləri iştirak edəcək”.

Azpost.info

Əvvəlki məqalə

“Ukrayna limanlarından taxıl və ərzaq mallarının daşınması razılaşdırılıb”

Sonrakı məqalə

PA rəhbəri Dövlət Gömrük Komitəsinin sədrini kollektivə təqdim edib