“Ukrayna limanlarından taxıl və ərzaq mallarının daşınması razılaşdırılıb”- Hulusi Akar

Ukrayna limanlarından taxıl və ərzaq mallarının daşınması planı ümumi prinsiplər üzrə razılaşdırılıb. Biz bunu konkret icra planına çevirmək üçün səylərimizi davam etdiririk. Çox güman ki, bu həftə bununla bağlı görüş keçiriləcək.

Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən ölkə daxilində və xaricində göstərilən fəaliyyətlər barədə danışan nazir Akar hazırda Türkiyə Silahlı Qüvvələrinin gərgin bir dövrdən keçdiyini qeyd edib.

İndiyədək verilən bütün tapşırıqları böyük uğurla yerinə yetirdiklərini vurğulayan nazir son terrorçu məhv edilənədək fəaliyyətlərini eyni qətiyyətlə davam etdirəcəklərini deyib(azərtac).

Əvvəlki məqalə

Xarici işlər naziri Ceyhun Bayramov Brüsselə yola düşüb

Sonrakı məqalə

ABŞ-da 700 min İT mütəxəssisinə ehtiyac var