ABŞ-ın Virciniya Universitetində Çinli bir tədqiqatçı şübhəli şəxs qismində saxlanılıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Virciniya Universitetində araşdırma aparan Çin vətəndaşı Haizhou Hu, kompüter sistemlərinə icazəsiz daxil olmaqda və ticarət sirlərini oğurlamaqda ittiham edilib.
Bildirilir ki, o, Çinə məxsus təyyarəyə minmək istəyərkən tutulub.