ABŞ-da COVID-19-a qarşı iki peyvəndin istifadəsinə icazə verilib

11 Dekabr 2020 - 09:03

ABŞ-ın Qida Məhsulları və Dərmanlara Nəzarət İdarəsinin (FDA) xarici mütəxəssislərdən ibarət komitəsi ABŞ-da Pfizer və BioNTech şirkətlərinin koronavirusa qarşı peyvəndlərindən istifadəyə icazə verib.

Komitənin qərarına görə, peyvəndlərin faydaları 16 yaş və yuxarı yaşda olanlar üçün riskləri üstələyir.