ABŞ-da etirazçılara atəş açılıb-2 nəfər ölüb, 5 nəfər yaralanıb

ABŞ-ın Corciya ştatının Atlanta şəhərində baş verən atışma nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb.

APA-nın “Fox” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə yerli polis məlumat yayıb.

Polisin bildirdiyinə görə, şənbə günü axşam saat 6 radələrində naməlum şəxslər Atlantanın şərqindəki “Edgewood” ərazisində etiraz aksiyasına toplaşan kütləyə avtomobildən atəş açıblar.

Yaralılar ağır vəziyyətdə xəstəxanalara yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Şeyxin təhqir olunması dinimizə qarşı yönəlmiş fəaliyyətdir” –

Sonrakı məqalə

“Bəhram Bağırzadənin müalicəsi üçün avropalı həkimlərlə müzakirə aparırıq”-