ABŞ-da koronavirusa qarşı kütləvi peyvənd başlanıb

ABŞ-da koronavirusa qarşı kütləvi vaksinasiya başlayıb. Bu barədə istehsalçı şirkət özünün rəsmi saytında elan edib.

Amerikanın biotexnologiya şirkəti dərmanın klinik sınaqlarının üçüncü mərhələsinə başladığını açıqlayıb.

Testlərdə 30 min könüllünün iştirak etdiyi qeyd olunur. Onlardan bəzilərinə peyvənd vurulacaq, digərləri isə plasebo preparatı qəbul edəcək.

ABŞ hökuməti bu peyvəndin hazırlanmasına təxminən yarım milyard dollar (850 milyon AZN) ayırıb. Bu, koronavirusa qarşı ilk preparatdır ki, insanlar üzərində geniş miqyasda sınaqdan keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İrandan Azərbaycana 20 kiloqram narkotik gətirən narkotacirlər ələ keçdi –

Sonrakı məqalə

AXCP funksioneri Məmməd İbrahimə qarşı ittiham irəli sürülüb