ABŞ-da Minsk Qrupunun Azərbaycan və Ermənistanın XİN başçıları ilə görüşü planlaşdırılır

22 Sentyabr 2021 - 22:17

Nyu-Yorkda keçirilən BMT Baş Assambleyası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin (Rusiya, ABŞ, Fransa) görüşü baş tuta bilər. 

Bu barədə TASS-a müsahibəsində Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko deyib.

Bundan başçqa, XİN rəsmisi həmsədrlərin Azərbaycan və Ermənistanın XİN rəhbərləri ilə görüşməsini də mümkün sayıb. “Hazırda həmsədrlər Nyu-Yorkda keçirilən BMT Baş Assambleyası çərçivəsində görüşməyi planlaşdırırlar: bir-birləri ilə, eləcə də Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə. Əgər bu baş versə, iki ölkə arasında münasibətlərin normallaşmasının praktiki mərhələyə keçdiyinin müsbət işartısı ola bilər”, – Rudenko  deyib.

O xatırladıb ki, ATƏT MQ-nin rusiyalı həmsədri İqor Xovayev həm Bakıda, həm Yerevanda olub və bir sıra görüşlər keçirib.

Xatırladaq ki, Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Rusiya Federasiyasının Minsk qrupundakı həmsədrini avqustun 30-da qəbul edib.