ABŞ-da “Pfizer” vaksininin ilk partiyası bütün ştatlara göndərilib

14 Dekabr 2020 - 11:35

Xəstəliklərə nəzarət və onların profilaktikası mərkəzinin direktoru Robert Redfild COVID-19 əleyhinə “Pfizer & BioNTech” vaksininin qəbul edilməsinə bazar günü razılıq verib.

Bazar günü artıq ilk flakonlar ştatlara göndərilib. Redfild Xəstəliklərə nəzarət və onların profilaktikası mərkəzinin Məşvərət Komitəsinin immunizasiya praktikası üzrə tövsiyəsini qəbul edib. Tövsiyədə vaksinin 16 yaşdan yuxarı olan şəxslərə tətbiq edilməsi nəzərdə tutulur.

“Pfizer & BioNTech” şirkəti tərəfindən işlənib hazırlanan təxminən 184.275 flakon vaksin yüklənmiş avtomobillər “Pfizer”in Miçiqan ştatının Kalamazu şəhərindəki müəssisəsindən bazar günü yola düşüblər. Bazar ertəsi vaksin qutularının bütün 50 ştata paylanması gözlənilir.

Bazar günü səhər göndərilən flakonlara əlavə olaraq daha 3900 vaksin kontinental ştatların hüdudlarından kənarda yerləşən ABŞ ərazilərinə göndərilib.