Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

ABŞ-da prezident seçkiləri başlayıb

Orkhan Ali 05 Noyabr 2024 - 14:01 (Last updated: 21 May 2025 - 20:15)
tramp harris

ABŞ-da prezident seçkiləri başlayıb. Səsvermə məntəqələri müxtəlif ştatlarda fərqli saatlarda açılır. Ən erkən məntəqə yerli vaxtla saat 05:00-da (Bakı vaxtı ilə 14:00) Vermont ştatında açılıb. Meyn, Nyu Cersi, Nyu York, Virciniya kimi ştatlarda məntəqələr saat 6:00-dan etibarən seçiciləri qəbul edəcək. Paytaxt Vaşinqtonda səsvermə saat 07:00-da etibarən keçiriləcək. Vaşinqton və Alaska ştatlarında məntəqələr saat 11:00-da, Havay adalarında 12:00-da açılacaq.

Ağ evin növbəti administrasiyası uğrunda mübarizə əsasən iki partiya arasında gedəcək. Bu gün seçicilər Respublikaçılar Partiyasından namizəd Donald Tramp və Demokratlar Partiyasından namizəd Kamala Harris arasında seçim edəcəklər.

ABŞ-da müxtəlif ştatlardan asılı olaraq sentyabrın 20-dən etibarən erkən səsvermə başlayıb. Seçicilərin artıq 80 milyona yaxını öz səslərini veriblər. Onlar səsvermədə fiziki olaraq və ya səslərini poçt vasitəsilə göndərərək iştirak ediblər.

Donald Tramp və Kamala Harris son günə kimi prezident seçkiləri ilə bağlı keçirilən sorğularda bərabər dəstəyə malik olublar. Bu da seçkilərin nəticələrinin daha gec anons ediləcəyi ilə bağlı ehtimalları artırır.

ABŞ-da seçkilərin nəticələrini əsasən Arizona, Corciya, Miçiqan, Nevada, Şimali Karolina, Pensilvaniya və Viskonsin ştatlarının müəyyən edəcəyi gözlənilir. Seçkilərin ilkin nəticələri səslərin sayılmasından asılıdır. Sonuncu dəfə 2020-ci ildə seçkilərin nəticəsi səsvermədən 3 gün sonra elan edilmişdi.

ABŞ-ın yeni seçiləcək prezidenti 2025-ci il yanvarın 20-də keçiriləcək inaqurasiya mərasimindən sonra səlahiyyətlərinin icrasına başlayacaq. Bu, ABŞ tarixində sayca 60-cı andiçmə mərasimi olacaq.

Bugünkü seçkilərdə ABŞ-da prezident və vitse-prezident seçilməklə yanaşı, 119-cu ABŞ Konqresinin üzvlərini müəyyən etmək üçün Nümayəndələr Palatasındakı 435 yerin hamısı və Senatdakı 100 yerdən 34-ü uğrunda mübarizə aparılacaq(azərtac).

Post navigation

Previous: Azərbaycanlı tələbələr ilk dəfə Tacikistanda təhsil alacaqlar
Next: Qarabağ erməniləri vətəndaşlıq almaq üçün Ermənistana müraciət edir

Oxşar xəbərlər

paşinyan
  • Dünya

Paşinyan Ermənistanın 20 ildən sonra harada olacağını açıqladı

User 14 Noyabr 2026 - 09:49
putin uitkoff kusner
  • Dünya

Moskvanın yeni tələbi – NATO Cənubi Qafqazdan çəkilməlidir

User 14 Noyabr 2026 - 09:43
tramp tiktok
  • Dünya

Tramp ABŞ limanlarında xarici gəmilərlə yükdaşıma icazəsini uzatdı

User 13 Noyabr 2026 - 23:53

xƏBƏR

andicme
  • Sosial

Hərbi hissələrdə gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub – MN

User 14 Noyabr 2026 - 11:17
“Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə...
Read more about Hərbi hissələrdə gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub – MN
2027-ci ildə kimlərin maaşı və müavinəti artacaq? – Yeni sosial paketdə 4 əsas istiqamət budce
  • Baş Yazı

2027-ci ildə kimlərin maaşı və müavinəti artacaq? – Yeni sosial paketdə 4 əsas istiqamət

User 14 Noyabr 2026 - 11:10
Vətəndaşlar qazandığı pulun 55 faizini ərzaq və dərmana verir – Natiq Cəfərli erzaq
  • Sosial

Vətəndaşlar qazandığı pulun 55 faizini ərzaq və dərmana verir – Natiq Cəfərli

User 14 Noyabr 2026 - 10:51
Qardaşı tərəfindən bıçaqlanan hamilə qadın əməliyyat edilib tecili yardim
  • Sosial

Qardaşı tərəfindən bıçaqlanan hamilə qadın əməliyyat edilib

User 14 Noyabr 2026 - 10:16
Bir gündə 15 min manatlıq gül alınıb – sabiq sədrin məhkəməsində nələr açıldı? etibar pirverdi
  • Sosial

Bir gündə 15 min manatlıq gül alınıb – sabiq sədrin məhkəməsində nələr açıldı?

User 14 Noyabr 2026 - 09:57
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.