ABŞ-da prezident seçkisi təxirə salına bilər

Donald Tramp koronavirusa görə ABŞ-da prezident seçkisini təxirə sala bilər.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş vitse-prezidenti, Demokratlar Partiyasından prezidentliyə mümkün namizəd Co Bayden bildirib.

“Mənin dediklərimi yadda saxlayın. Fikrimcə, o, hansısa formada seçkini yubatmağa, bunun üçün müxtəlif səbəblər göstərərək təxirə salmağa cəhd göstərəcək”

Qeyd edək ki, ABŞ-da noyabrın 3-də prezident seçkisi keçiriləcək. Donald Tramp Respublikaçılar Partiyasının namizədi olaraq yenidən prezidentliyə namizəddir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“49 mənzili olan vətəndaş da 190 manat almaq üçün müraciət edib” –

Sonrakı məqalə

“Afrikadakı malyariya ölümləri iki dəfə arta bilər”