ABŞ-da rekord işsizliyə görə yerli ərzaq bankları qarşısında növbələr yaranıb

COVID-19 səbəbiylə görünməmiş işsizlik yerli ərzaq bankları üçün əlavə təzyiqlərə səbəb olub. Onlar bu çağırışa cavab verir.

30 milyon amerikalının görünməmiş şəkildə işsizliyə görə müavinət üçün müraciət etməsindən sonra Şimali Kaliforniyada Alameda dairəsindəki Ərzaq Bankı ehtiyacları qarşılamağa başlayıb. Ərzaq Bankının işçisi Zui Rauntri: “Kartof, soğan, alma və armud qutuda saxlanan şeylər deyil. Bunlar təzə-təzə yeyilməlidir. Bəzən biz hətta süd məmulatları da veririk. Çeşidin müxtəlif olması yaxşıdır.”

Alameda Ərzaq Bankından Maykl Altfest: “Adətən işə gəldiyimiz zaman artıq 40-50 maşın qapıları açmağımızı gözləyir. Qaynar xəttə ərzaq yardımı üçn müraciət edənlərin sayı çox artıb. 1000 faizdən yuxarıdır və biz gündə 100-200 zəng qəbul edirik. Gündəlik müraciət edən insanların təxminən 50 faizi bizə ilk dəfə müraciət edir.”

Ərzaq bankları ehtiyacları ödəmək üçün səylərini artırıb. Maliyyələşdirmə ştatdan və özəl ianələrdən gəlir. “Keçən ay daha çox ərzaq paylamışıq, əvvəlki illə müqayisədə 20 faiz çox. Biz ucuz qiymətə böyük mirdarda ərzaq ala bilirik. Yəni az miqdarda ianə də çox miqdarda ərzağa çevrilir” deyə, Maykl Altfest bildirir.

Zui Rauntri: “Burada müştəri ilə təmas olmur. Müştərilər avtomobillərində qala bilir. Qısa söhbət, qısa məlumat. Bütün ağır işi biz görürük. Yeməyi avtomobillərə özümüz yerləşdiririk və bu da çox sürətlə edilir. Beləliklə, onlar buraya gəlib qısa bur zamanda yemək ala bilir. Onlara doğrudan da yaxşı ərzaq verilir və bu, təhlükəsizdir.“

Cessi Vasquez: “Adətən biz Şərqi Oklanddakı aztəminatlı ailələrə xidmət edərdik. İndi isə buraya müxtəlif təbəqəyə aid insanlar gəlir.”

Və ərzaq bankları onların yolunu gözləyir. Maykl Altfest: “Keçmiş təcrübələrdən bilirik ki, “evdə qalmaq” kimi bənzər hallardan sonra bir çox insanın yenidən ayağa qalxması aylar, bəlkə də illər çəkə bilər.”

Bank işçilərinin bildirdiyinə görə, yeganə bir şeyə ehtiyac var, o da ərzaq üçün maliyyə yardımıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyada məişət zorakılığı hallarının iki dəfə artdığı bildirilir

Sonrakı məqalə

“Yelo Bank”ın vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib