Rusiyada məişət zorakılığı hallarının iki dəfə artdığı bildirilir

Rusiyanın ombudsmanı Tatyana Moskalkova ölkədə məişət zorakılığı ilə bağlı şikayətlərin sayının aprel ayında ölkədə koronavirus məhdudiyyətlərinin sərtləşdirildiyi vaxtdan bəri artdığını deyib.

Moskalkova mayın 5-də RİA Novosti xəbər agentliyinə bildirib ki, qeyri-hökumət təşkilatlarının verdiyi məlumatlara əsasən, pandemiyadan əvvəlki dövrlə müqayisədə məişət zorakılığı hallarının sayı iki dəfədən çox artıb.

“Verilən məlumatlara görə, 6054 şikayət var idi. Aprel ayında bu cür şikayətlərin sayı 13000-dən çox olub” deyən Moskalkova rusiyalı qadınların bir çoxunun onlara zorakı davranan həyat yoldaşlarının qisasından qorxaraq, qaynar xətlərə zəng vurub, məişət zorakılığı halları haqda məlumat verməkdən çəkindiyi üçün bu rəqəmlərin yəqin ki daha çox olduğunu əlavə edib.

“Güman edirəm ki, burada kommunikasiyada problem var… Məişət zorakılığı barədə məlumat vermək üçün elektron cihazlardan istifadə zorakılıq qurbanları üçün təhlükəli ola bilər. Biz həmçinin mediada bu məsələ ilə əlaqədar xəbərləri izləyirik və vəziyyət heç də ümidverici deyil” – deyə, o bildirib.

Mütəxəssislər pandemiyanın gətirdiyi iqtisadi və sosial stresslərin və koronavirusun yayılmasını yavaşlatmaq üçün hərəkəti məhdudlaşdırmağın birlikdə ailə zorakılığının artmasına gətirib çıxara biləcəyi barədə xəbərdarlıq etmişdilər.

Aprelin əvvəlində Birləşmiş Millətlər Təşkilatı bu vəziyyəti “böhran içərisində böyüyən böhran” adlandırıb və altı aylıq qapadılmanın dünya miqyasında əlavə 31 milyon məişət zorakılığı hadisəsi ilə nəticələnə biləcəyini təxmin edib.

İlk dəfə törədilən cinayətlər 2017-ci ildə dekriminallaşdırılıb və Rusiya parlamentinin bəzi üzvləri, o cümlədən yeni məişət zorakılığı qanununu irəli sürməyə çalışan deputatlar hökumətdən koronavirus zamanı zorakılıq qurbanlarını qorumaq üçün təcili tədbirlər görülməsini istəyib.

Parlamentin yuxarı palatası olan Federasiya Şurasının sədri Valentina Matviyenko ötən ay millət vəkillərinin məişət zorakılığının cəzalandırılması üçün qanunvericiliyin “vəziyyət imkan verdikcə” nəzərdən keçirə biləcəyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Koronavirus peyvəndi ABŞ-da insanlar üzərində sınaqlara hazırdır

Sonrakı məqalə

ABŞ-da rekord işsizliyə görə yerli ərzaq bankları qarşısında növbələr yaranıb