ABŞ-da seçicilər kollegiyası Co Baydenin qələbəsini tanıyıb

15 Dekabr 2020 - 09:31

ABŞ-da seçicilər kollegiyası bazar ertəsi günü keçirilən səsvermədə 3 noyabr seçkilərinin nəticələrini təsdiqləyib. Həmin nəticələrə əsasən, democrat Cozef Bayden liderdir.

Belə bir qiymətləndirmələri “CNN” telekanalı təqdim edib.

Baydenin qələbəsinə artıq 302 seçici səs verib, hazırkı prezident Donald Tramp isə 232 seçicinin dəstəyini qazanıb. ABŞ prezidenti olmaq üçün bir namizədin 270 səs toplaması lazımdır.