ABŞ-da seçkilərin ilkin nəticələri açıqlanmaya başlanıb

04 Noyabr 2020 - 09:27

ABŞ-da prezident seçkilərinin hazırkı nəticələrinə əsasən, Donald Tramp İndiana ştatında səslərin hesablanmasından sonra 72 faiz səs toplayıb.

D.Tranpın rəqibi Bayden isə bu məntəqədə 26,1 faiz səs qazana bilib.

Bundan başqa, Tramp Kentukki ştatında səslərin 53,7 faizini, Bayden isə Vermontda 62,7 faizini qazanıb. Ştatlar üzrə səslərin hesablanması davam edir. Hələlik ilkin nəticələr seçkilərdə kimin qalib gələcəyini deməyə əsas vermir.