Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

ABŞ-da texnologiya oğurluğuna görə “iPhone” satışına qadağa qoyula bilər

Orkhan Ali 16 İyul 2025 - 20:48 (Last updated: 16 İyul 2025 - 20:39)
iPhone 17e

iPhone 17e

Birləşmiş Ştatlarda bəzi “iPhone” modellərinin satışına qadağa qoyula bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə “MacRumors” nəşri məlumat yayıb.
Bu, “Samsung” ilə Çin ekran istehsalçısı BOE arasında patent mübahisəsi nəticəsində mümkün ola bilər.
ABŞ-ın Beynəlxalq Ticarət Komissiyası (ITC) ilkin qərarında qeyd edib ki, BOE şirkəti “Samsung”un OLED ekran istehsalına dair kommersiya sirlərindən qanunsuz istifadə edib. Bu səbəbdən Komissiya BOE ekranlarının, eləcə də həmin panellərlə təchiz olunmuş cihazların ABŞ-a idxalına qadağa qoyulmasını tövsiyə edib.
Mümkün qadağadan “iPhone 15”, 15 Plus, 16, 16 Plus modelləri və həmçinin “iPhone 17″nin baza versiyası da təsirlənə bilər. Çünki bu modellərdə “Apple” məhz BOE istehsalı olan ekranlardan istifadə edir.
Əgər yekun qərar ilkin qərarı təsdiqləyərsə, “Apple” BOE ekranlı “iPhone” partiyalarını ABŞ əvəzinə digər bazarlara yönəltməli olacaq. ABŞ bazarında isə “Samsung” və LG kimi alternativ təchizatçılardan alınan ekranlarla təchiz olunmuş modellər satılacaq.
Hazırda BOE, “Apple” üçün yalnız LTPO (ProMotion) texnologiyasız standart OLED panelləri tədarük edir. Pro modellərdə istifadə olunan LTPO ekranlar yalnız “Samsung” və LG tərəfindən təmin edilir. BOE gələcəkdə “iPhone 17 Pro” üçün LTPO panellərin tədarükünü planlaşdırsa da, məlumata görə, “Apple” həmin panelləri yalnız Çin bazarında istifadə etməyi nəzərdə tutur.
Qeyd edək ki, bu məhkəmə işi “Samsung Display” tərəfindən 2023-cü ilin oktyabrında qaldırılıb. İş üzrə yekun qərarın 2025-ci ilin noyabrında verilməsi gözlənilir. Bundan sonra ABŞ prezidenti Komissiyanın qərarını təsdiqləmək və ya ona veto qoymaq üçün 60 gün müddətində qərar verməlidir. “MacRumors”un qeyd etdiyinə görə, adətən ITC-nin ilkin qərarları son qərarla üst-üstə düşür.

AzPost.az

Post navigation

Previous: İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov “Sea Breeze”də olublar
Next: “Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı ictimai müzakirə keçirildi

Oxşar xəbərlər

husiler
  • Dünya

Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir

User 15 Noyabr 2026 - 17:16
kusner
  • Dünya

Ukrayna müharibəsində dönüş ola bilər – Kuşner yeni razılaşmalardan danışdı

User 15 Noyabr 2026 - 12:48
dublin
  • Dünya

Dublində dünya liderlərinin olduğu məkanın yaxınlığında bomba tapıldı

User 14 Noyabr 2026 - 20:06

xƏBƏR

ilham ali forum
  • Baş Yazı

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur

User 15 Noyabr 2026 - 22:22
Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur. Bu barədə Prezidentin Mətbuat...
Read more about Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident televiziya və radio işçilərini təbrik edib ilham aliyev
  • Siyasət

Prezident televiziya və radio işçilərini təbrik edib

User 15 Noyabr 2026 - 20:03
İşıq və qaz pulunu azaltmağın 7 yolu – Ailələr üçün praktik məsləhətlər isiq lampa
  • Sosial

İşıq və qaz pulunu azaltmağın 7 yolu – Ailələr üçün praktik məsləhətlər

User 15 Noyabr 2026 - 19:52
Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi ehtiram
  • Sosial

Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi

User 15 Noyabr 2026 - 17:20
Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir husiler
  • Dünya

Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir

User 15 Noyabr 2026 - 17:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.