Dallas sakini Raş Ballunun hesabına bank tərəfindən səhvən 37 milyon dollar pul köçürülüb.
Trend-in “Ren TV”yə istinadən verdiyi məlumata görə, R.Ballun bank hesabındakı məbləği görərək şoka düşüb və bu barədə öz həyat yoldaşına deyib, o isə öz növbəsində bank ilə əlaqə saxlayıb.
Bankdan bildiriblər ki, müştəri xarici valyutada depozit edib: “Məzənnənin dəyişikənliyi səbəbindən bütün xarici valyuta üzrə əməliyyatlar sistemə əl ilə daxil edilməlidir. Bu zaman bankın əməkdaşı məbləğin yazılmalı olduğu yerə hesab nömrəsini daxil edib”.