Qaçqın prezident Morales Boliviya ilə sərhəd olan şəhərə köçdü

Boliviyanın sabiq prezidenti Evo Morales Argentinanın San-Ramon-de-la-Nueva-Oran şəhərində yaşayacaq.

“RİA Novosti”nin verdiyi məlumata görə, E.Moralesin yaşayacağı şəhər Boliviya sərhədi yaxınlığında yerləşir. Bildirilir ki, Boliviyanın sabiq prezidenti şəhərdə gələn həftə məskunlaşacaq və oradan öz partiyasının 2020-ci il seçkilərində prezidentlik kampaniyasına rəhbərlik edəcək.

Məlumata əsasən, orada həmçinin sabiq vitse-prezident Alvaro Qarsiya Linera və sabiq perzidentlə işləyən digər şəxslər yaşayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ-da vətəndaş bir saniyədə milyonçu oldu –

Sonrakı məqalə

Yanmış  ticarət mərkəzindəki sahibkarlar yeni yerə köçməkdən imtina ediblər